logo

Ağcəbədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb


Yaradılıb: 20-09-2022 16:37

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Ağcəbədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Hazırda “Azərsu” ASC-nin qəza  briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.