logo

"Azərsu" ASC "Ən fəal dövlət müəssisəsi" mükafatına layiq görülüb


Yaradılıb: 19-09-2022 11:56

     

Onlayn İctimai Nəzarət Platforması (www.e-nezaret.az) iyun-avqust aylarını əhatə edən rüblük fəaliyyətinə həsr olunmuş tədbir keçirib. Tədbirdə son 3 ayda platformaya daxil olmuş müraciətlər və  onların icra vəziyyəti müzakirə edilib. Qeyd olunub ki, Onlayn İctimai Nəzarət Platforması foto və video sübutu olan problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisələrindən biri olub və qeyd olunan problemlərin 84 faizi öz həllini tapıb.

Tədbirdə, həmçinin 2022-ci ilin iyun–avqust aylarında daxil olmuş müraciətlər və  onların icra vəziyyəti barədə hesabat açıqlanıb. Hesabata əsasən 12 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması üzrə fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub. “Azərsu” ASC vərəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisəsi mükafatına layiq görülüb.

Eyni zamanda digər 10 dövlət qurumuna Onlayn Ictimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib.