logo

Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq


Yaradılıb: 08-09-2022 10:07

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.