logo

Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq


Yaradılıb: 16-08-2022 14:52

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.