logo

Qusar və Quba rayonlarından olan vətəndaşlar üçün qəbul keçiriləcək


Yaradılıb: 08-08-2022 15:26

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov 17 avqust 2022-ci il tarixində Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq Qusar şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Qusar və Quba Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.