logo

Bakı şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 18-07-2022 18:08

H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni  və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.