logo

Bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 30-06-2022 09:35

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı  azalıb. Bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.