logo

"Azərsu" ASC-nin əməkdaşları IFAT- 2022 sərgisində iştirak ediblər


Yaradılıb: 13-06-2022 13:00

     

Almaniyanın Münhen şəhərində  içməli, tullantı su və xammal su  təsərrüfatının idarə edilməsi üzrə dünyanın aparıcı ticarət sərgisi olan IFAT-2022 keçirilib. Ənənəvi sərgidə və konfranslarda “Azərsu” ASC-nin nümayəndələri də iştirak ediblər.

 İki ildən bir keçirilən sərgidə geniş çeşiddə məhsul növləri, xidmət sahələri və xüsusi texnologiyalarını təqdim edən 3000-dən çox şirkət təmsil olunub. Sərgi içməli su istehslı, tullantı suları, təkrar emal və s. sahələri əhatə edib. Beş gün davam edən tədbirdə dünya su sənayesinin ən böyük şirkətləri tərəfindən əhəmiyyətli məhsul və texnologiyalar nümayiş olunub.

Sərgi çərçivəsində mövcud texnologiyalar, aktual problemlər və trendlər üzrə konfrans, seminar və forumlar keçirilib.