logo

"Azərsu" ASC-nin nümayəndəsi “WasteExpo-2022” sərgi və konfransında iştirak edib


Yaradılıb: 19-05-2022 12:38

09-12 may 2022-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində  “WasteExpo-2022” sərgi və konfransı keçirilib. ABŞ Kommersiya Xidməti tərəfindən təşkil olunmuş sərgidə bərk məişət tullantıları və təkrar emal sənayesi, tullantı sularının təmizlənməsi sahəsində qabaqcıl texnologiyalar və innovasiyalar nümayiş etdirilib.

Sərgidə dünyanın müxtəlif ölkələrindən 14 mindən çox mütəxəssis iştirak edib. Tədbir çərçivəsində bərk və maye tullantılarının təkrar emalı və kənarlaşdırılması sahəsindən ixtisaslaşmış 600-dən çox şirkətin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

“Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili “WasteExpo 2022” sərgi və konfransında iştirak edib.

Səfər çərçivəsində tullantı sularının idarə olunması sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, innovasiyalar sahəsində fikir mübadilələri aparılıb.