logo

Ramazan bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib


Yaradılıb: 30-04-2022 13:00

Ramazan bayramı ərəfəsində "Azərsu” ASC-nin Sosial inkişaf şöbəsinin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş işçilərin və ailə üzvü şəhid olmuş əməkdaşların ailələrinin ziyarət edib. Onlar Mingəçevir, Masallı, Beyləqan, Hacıqabul, Qaradağ rayonlarında şəhid ailələrinin evlərində olub, ailələrin qayğıları ilə maraqlanıblar.

Şəhid ailələrinin üzvləri ilə görüş zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad edib. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib. Xalqımız vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyur. Görüşlərdə Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi  diqqət və qayğının hər bir azərbaycanlı üçün örnək olduğu vurğulanıb.

Qeyd edək ki, Vətən müharibəsində “Azərsu” ASC-nin 3 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 23 əməkdaşı isə yaralanıb. Eyni zamanda  Səhmdar Cəmiyyətdə çalışan 25 işçinin ailə üzvü şəhid olub, 45 nəfərin isə ailə üzvü yaralanıb.