logo

“Azərsu” ASC-də yaşıllaşdırma və abadlıq işləri görülür


Yaradılıb: 18-04-2022 15:18

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə “Azərsu” ASC də öz töhfələrini verməkdədir. Hər il yaz və payız mövsümlərində “Azərsu” ASC tərəfindən genişmiqyaslı yaşıllaşdırma və abadlıq  işləri görülür.

Cari ilin mart ayından etibarən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti yaşıllaşdırma tədbirlərinə başlanılıb. Ağacəkmə tədbirləri Cəmiyyətin idarə və müəssisələrində, o cümlədən yeni istifadəyə verilmiş obyektlərin yerləşdiyi ərazilərdə aparılır. Belə tədbirlərin keçirilməsində məqsəd ekoloji sabitliyin qorunması, insanların diqqətini yaşıllıqların genişləndirilməsinə və mühafizəsinə yönəltməkdir. Yaşıllaşdırma tədbirlərində “Azərsu” ASC Aparatının, idarə və müəssisələrin, yerli sukanal idarələrinin  əməkdaşları iştirak edirlər.

Sonuncu ağacəkmə aksiyasında 500-dən artıq həmişəyaşıl və meyvə ağacı, müxtəlif dekorativ bitkilər əkilib. Həmçinin  əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilərək ərzaidə abadlıq işləri aparılıb.