logo

Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 25-01-2022 17:43

    Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən 450 mm diametrli  magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 26 yanvar 2022-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə (1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlar,  34-cü,  45-ci və  47-ci məhəllələr, Corat qəsəbəsinin bir hissəsi, Yaşıldərə yaşayış massivi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.