logo

Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq


Yaradılıb: 27-12-2021 17:32

Təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar 28 dekabr 2021-ci il tarixində gün ərzində  Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.