logo

“İçməli və çirkab suları” layihəsi çərçivəsində işçi qrupun iclası keçirilib


Yaradılıb: 27-12-2021 10:56

     

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən “İçməli və tullantı  suları” layihəsi çərçivəsində Sumqayıt şəhərində parkların və yaşıllıq sahələrinin suvarılması üçün texniki suların hazırlanmasını nəzərdə tutan layihə üzrə işçi qrupun iclası keçirilib.

İclasda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Naziriyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) və Sumqayıt Şəhər İcra  Hakimiyyətinin nümayəndələri iştirak edib. Eyni zamanda tədbirə Almaniyanın Lufviqshafen şəhərinin kommumal təsərrüfat idarəsinin rəhbərliyi də onlayn qoşulub. İclasda işçi qrupun rəhbəri “Azərsu” ASC Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev, Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev, Tullantı su şəbəkələrinin istismarı şöbəsinin rəisi Xalid Abasov iştirak edib.

Tədbirdə tullantı sularının yaşıllıqların suvarılmasında istifadəsi imkanları barədə müzakirələr aparılıb. Hövsan, Bibiheybət və Müşfiqabad qəsəbələrində tullantı sularının təmizlənib  yaşıllıq sahələrinin suvarma üçün istifadə edildiyi ərazilərlə tanışlıqdan sonra təcrübə mübadiləsinin  aparılması qərara alınıb.