logo

"Azərsu" ASC-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib


Yaradılıb: 21-12-2021 18:12

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Ticarət Nazirliyinin Beynəlxalq Xidmət Ticarəti Baş İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Türkiyənin su təsərrüfatı, ətraf mühit, inşaat və yeni texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak edib.

     

“Azərsu” ASC-nin sədrnin birinci müavini qonaqları salamlayaraq “Azərsu” ASC-nin fəaliyyəti barədə məlumat verib. T.Cabbarov layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə qurumları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Ötən dövrdə  tikinti, keyfiyyətə nəzarət, suyun keyfiyyəti, kadr hazırlığı, yeni texnologiyalar sahəsində Türkiyə şirkətləri ilə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.

     

Nümayəndə heyətinin rəhbəri  Əmrə Öztelli  ölkələrimiz arasında bütün sahələrdə strateji əməkdaşlıq münasibətlərindən danışaraq nümayəndə heyətinə daxil olan şirkətlərin su sektoru, mühəndislik, layihələndirmə və məsləhət xidmətləri sahəsində zəngin təcrübəsi olduğunu vurğulayıb. Ə.Öztelli gələcək əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini bildirib.

Nümayəndə heyətinin üzvləri təmsil etdikləri şirkətlər barədə məlumat veriblər. Görüşdə “Azərsu” ASC ilə Türkiyə şirkətləri arasında əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.