logo

YAP ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib


Yaradılıb: 06-12-2021 17:05

     

Yeni Azərbaycan Partiyası Moskva Prospekti 67 ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.  Əvvəlcə Yeni Azərbaycan Partiaysının qurucusu, ümumilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İlk ərazi partiya təşkilatı İdarə Heyətinin üzvü Etibar Məmmədov partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışıb, su təsərrüfatı işçilərinin istehsalat sahələrində vəzifə borclarını şərəflə yerinə yetirməklə yanaşı partiya həyatında da xüsusi fəallıqları ilə seçildiklərini bildirib.

YAP ərazi ilk partiya təşkilatının sədri Heydər Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən dövrdə partiyanın qurucusu, ümummilli lider Heydər Əliyev ideyalarının yaşadılması, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi sahələrində əldə olunan nailiyyətlərinin ictimaiyyət arasında geniş təbliğ edilməsi istiqamətində mühüm tədbirlər görülüb. Eyni zamanda YAP-ın proqram və prinsiplərinin təbliği, partiya sıralarının genişləndirilməsi işlərinə xüsusi diqqət yetirilib.

   

Ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib və sonra təşkilati məsələlərə baxılıb. Günay Məmmədli YAP ərazi ilk partiya təşkilatının sədri, Heydər Abbasov isə sədr müavini seçilib.

Günay Məmmədli göstərilən etimadı yüksək qiymətləndirərək layiqincə doğruldacağını bildirib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamə və proqramın, eləcə də struktur dəyişikliklərinin partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. B.Nəbiyev qarşıda duran vəzifələr haqqında bəhs edərərk ərazi partiya təşkilatının sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün tövsiyyələrini verib.