logo

Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunları ilə əlaqədar gücləndirilmiş iş rejimi tətbiq olunub


Yaradılıb: 12-06-2021 12:11

“Azər­su” Açıq Səhmdar Cəmiyyəti futbol üzrə 16-cı Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb. Bununla əlaqədar Cəmiyyətin ida­rə aparatın­da və ra­yon su­ka­nal ida­rə­lə­rin­də məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş ve­rə bi­lə­cək  qəza­la­rın   ope­ra­tiv   həlli   məqsəd­ilə   ix­ti­sas­laş­mış  qə­za bri­qa­daları təşkil edilib və onlar onlar  xü­su­si tex­ni­ka, ma­şın və me­xa­nizm,  mal-ma­te­rial və ava­dan­lıq­lar­la tə­min olun­ub.

Yarışlara hazırlıq çərçivəsində Ba­kı şə­hə­ri­ni iç­mə­li su ilə tə­min edən mən­bə­lər, ma­gist­ral xət­lər, mərkə­zi və mə­həl­lə­da­xi­li an­bar­lar, su və  kanaliza­si­ya na­sos stan­siyala­rı­nın və­ziy­yə­ti təh­lil edil­ib,  aş­kar olun­muş çatışmazlıqlar ara­dan qal­dı­rıl­ıb və bu istiqamətdə  iş­lər da­vam et­di­ri­lir. Ey­ni za­man­da idmançıların və qonaqların yerləşdiyi obyektlərin, həmçinin idman qurğularının su təchiza­tı  və  ka­na­li­za­si­ya sis­tem­lə­ri­nə ba­xış ke­çi­ril­ib, bu ob­yekt­lə­rin da­ya­nıq­lı içməli su təc­hi­za­tı­nın apa­rıl­ma­sı üçün lazımi tədbirlər görülüb.