logo

Binəqədi qəsəbəsində kanalizasiya baxış quyularının qapaqları oğurlanıb


Yaradılıb: 09-06-2021 13:21

Bakı şəhəri Binəqədi şossesi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə “Azərsu” ASC-yə məxsus 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqları ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb. Faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.  

Kanalizasiya baxış quyularının və siyirtmə kameralarının qapaqlarının oğurlanması ərazidə piyadaların və nəqliyyatın hərəkətinə təhlükə yaradır. Eyni zamanda quyuların kənardan bərk məişət tullantıları ilə dolmasına və istismarının çətinləşməsinə səbəb olur.