logo

"Azərsu" ASC-nin nümayəndəsi Dünya Su Şurası və Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının iclaslarında iştirak edib


Yaradılıb: 02-04-2021 15:35

                                     

Martın 31-də  Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. IWRA-nın prezidenti Qabriel Ersteynin moderatorluğu ilə keçirilən tədbirdə 2020-ci ilin maliyyə hesabatı dinlənilib. Sonra  İşçi qruplarının fəaliyyəti müzakirə edilib, cari ilin iş planı təsdiq olunub.

Daha sonra  2021-ci ilin noyabr ayında Koreya Respublikasında  keçiriləcək XVII Su Konqresinə hazırlığın vəziyyəti haqqında iştirakçılara məlumat verilib.

İclasda IWRA-nın İdarə Heyətinin üzvü, “Sukanal” ETLİ-nin direktor müavini professor Fərda İmanov iştirak edib. F.İmanov aprelin 1-də Dünya Su Şurasının (DSŞ) İdarə Heyətinin videokonfrans formatında 73-cü iclasına da onlayn qaydada qoşulub.  

Tədbirdə COVID-19 pandemiyası şəraitində DSŞ-nin  əsas fəaliyyət istiqamətləri  müzakirə olunub, işçi qrupların hesabatları dinlənilib. DSŞ-nın “Su təhlükəsizliyi ekoloji təhlükəsizliyin tərkib hissəsidir” adlı bəyannaməsinin  ilkin variantı müzakirəyə çıxarılıb.

İclasda 21-26  mart 2022-ci il tarixlərində keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlığın vəziyyəti ilə əlaqədar hazırlanmış hesabat dinlənilib, 10-cu Dünya Su Forumuna ev sahibliyi etmək istəyən ölkələrin imkanları təhlil olunub.