logo

“Azərsu” ASC-nin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib


Yaradılıb: 05-10-2020 16:51

“Azərsu” Açıq Səhmdar Cəmiyətinin kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və  ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Cəmiyyətin əməkdaşları tərəfindən fonda könüllü olaraq 552 min 280 manat vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!