logo

Mərkəzi Laboratoriyanın mütəxəssisləri vebinarda iştirak edib


Yaradılıb: 18-09-2020 17:58

    

   İsveçrənin laboratoriya avadanlarının istehsalı sahəsində tanınmış şirkəti  Mettler Toledonun Türkiyə ofisinin təşkilatçılığı ilə laboratoriya tərəzilərində yolverilən qiymətləndirmə və minimum çəki məsələlərinə həsr  olunmuş vebinar keçirilib. Vebinarda bir sıra xarici ölkələrin içməli su üzrə ixtisaslaşmış laboratoriyaları ilə yanaşı, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının mütəxəssisləri də iştirak edib.

Vebinarda laboratoriya və istehsalatda tərəzilərdən istifadə, kalibrlənmə, düzgünlüyün və dəqiqliyin yoxlanması, minimum çəki dəyəri ilə bağlı məsələlərə toxunulub. Bu sahədə böyük təcrübəyə malik laboratoriya mütəxəssislərinin tövsiyələri dinlənilib. 

Qeyd olunub ki, tərəzilərin tolerantlıq dəyərlərinin müəyyənləşdirilməsi tərəzilərin  dəqiqliyi və keyfiyyəti baxımından son dərəcə vacibdir. Tərəzinin minimum çəki dəyərinin müəyyən edilməsi onun standartlara uyğun olub-olmadığını göstərən vacib amildir.