logo

 “Sukanal” ETLİ fəlsəfə doktoru üzrə doktoranturaya qəbul elan edir


Yaradılıb: 04-09-2020 14:39

 “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu 2020-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən aparılacaq.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənədlərin qəbulu  07 sentyabr 2020-ci il tarixindən 28 sentyabr 2020-ci il tarixinədək hər gün (şənbə, bazar günləri  istisna olmaqla) saat 09:00-dan 18:00-dək həyata keçiriləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan, ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan mütəxəssislər) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

İxtisasın şifri

İxtisasın adı

Fəlsəfə doktoru hazırlığı üzrə

doktoranturaya qəbul planı

cəmi

büdcə hesabına

qiyabi

3305.05

Mühəndis-kommunikasiya sistemləri

2

2

3308.01

Ətraf mühitin texnologiyası və mühəndisliyi

1

1

5406.01

Hidrologiya

1

1

Yekun

4

4

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları səviyyəsində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dil fənnindən imtahanda keçid balını toplayan şəxslər fəlsəfə fənninin imtahanına, fəlsəfə fənnindən məqbul alan şəxslər isə ixtisas imtahanına buraxılacaqlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (institutun direktorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada (qiyabi) təhsil müddəti 4 ildir.

Sənəd qəbulu: “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Doktorantura şöbəsi

Ünvan: AZ1012, Bakı, Azərbaycan, Moskva prospekti, 73

Telefon: (+99412) 430-08-25/35 (daxili 2743, 2746)

E-mail: Pervane.Xidirova@azersu.az

Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.