logo

Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 04-03-2013 10:05
   İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar martın 4-də gün ərzində Səbail rayonun Bibiheybət qəsəbəsinə və  20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 
   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.