logo

Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 01-03-2013 10:14

    Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli  magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır. Bununla əlaqədar martın 1-də gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.