logo

Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 05-02-2013 10:26
   İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsindən keçən uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik magistral su xətti polietilen borularla əvəzlənmişdir. Hazırda yeni xəttin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar fevralın 5-də gün ərzində Sabunçu rayonu Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

     Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.