logo

Bakının Sabunçu, Suraxanı və Xəzər rayonlarına, Abşeron rayonunun bir hissəsinə içməli su fasilələrlə veriləcək


Yaradılıb: 07-01-2013 14:09
İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Maştağa" su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.Bununla əlaqədar 08 yanvar 2013-cü il tarixində paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.