logo

Paytaxtın Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 13-12-2012 17:59

      Bakı şəhərinin rayonlarına verilən içməli suyun həcminin dəqiqləşdirilməsi məqsədi ilə magistral su kəmərləri üzərində sayğacların quraşdırılması işləri həyata keçirilir. Paytaxtın Xətai və Nizami rayonlarında aparılacaq quraşdırma işləri ilə əlaqədar 14 dekabr 2012-ci il tarixdə həmin rayonların bir hissəsinə - Babək prospekti, NZS və Keşlə qəsəbəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.

      Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.