logo

Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 07-12-2012 17:31

   İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə  Bakı şəhəri Nərimanov rayonu Ə. Rəcəbli küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 8-9 dekabr 2012-ci il tarixlərində Nərimanov rayonunun bir hissəsinə - Montin qəsəbəsinə,  Ə. Rəcəbli, F.X. Xoyski,  Y.V. Çəmənzəminli, F. Yusifov, Ağa Nemətulla küçələrinə içməli su  fasilələrlə veriləcək.  

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.