logo

Noyabr ayında "Qaynar Xətt"ə 812 müraciət daxil olmuşdur


Yaradılıb: 06-12-2012 15:37

     2012-ci ilin noyabr ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  955 nömrəli  Qaynar Xəttinə 812 müraciət daxil olmuşdur. Müraciətlərin əksəriyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan vətəndaşlar tərəfindən edilmişdir.  Daxil olan müraciətlərin 430-u və ya 53 faizi su xətlərində baş vermiş qəzalarla, digər müraciətlər isə  içməli suyun gəlməməsi (199) və kanalizasiya problemləri ilə bağlı (182) olmuşdur.  

     Ümumilikdə cari ilin yanvar-noyabr aylarında  Qaynar Xəttə  abunəçilər tərəfindən 8328 müraciət edilmişdir. Müraciətlərin təqribən 44,6 faizi və ya 3711-i su xətlərindəki qəzalarla bağlıdır.  Ötən 11ay ərzində  “Azərsu” ASC-nin Qaynar Xəttinə içməli suyun verilməməsi ilə əlaqədar 3262, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 1294 zəng edilmişdir. Hesabat dövründə suyun təzyiqi ilə  bağlı 44,  tərkibi ilə əlaqədar isə  abunəçilər tərəfindən cəmi 12 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin hamısı  ətraflı araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.

Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğaclaşma və ödəniş məsələləri ilə  bağlı Qaynar Xəttə edilən müraciətlər yerli Sukanal idarə və departamentlərinə yönləndirilir.

     “Azərsu” ASC bir daha bəyan edir ki, Qaynar Xəttinə edilən müraciətlər  Səhmdar Cəmiyyətin müvafiq strukturları tərəfindən araşdırılır və problemlərin həlli istiqamətində operativ tədbirlər görülür.