logo

Bakının Yasamal rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 05-12-2012 11:49

    İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə  Bakı şəhəri Yasamal rayonu Z. Xəlilov küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 5-6 dekabr 2012-ci il tarixlərində Yasamal  rayonunun Z. Xəlilov, Ə. Cəmil,  H. Cavid, Ə. Haqverdiyev, S. Dadaşov, F. Ağayev, M. Rahim küçələrinə içməli su  fasilələrlə veriləcək.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.