logo

Abşeron rayonunda kənd və qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 30-11-2012 16:38

             

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasının kənd və qəsəbələrinin içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.  Abşeron rayonunun kənd və qəsəbələrində işlər həm “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”na, həm də “Azərsu” ASC-nin təsdiq etdiyi tədbirlər planına  uyğun həyata keçirilir.

 Cari ilin yanvar-oktyabr aylarında “Abşeron Sukanal” İdarəsinin xidmət göstərdiyi ərazilərdə “Azərsu” ASC-nin təsdiq etdiyi tədbirlər planına  uyğun olaraq 13,5 km uzunluğunda su, 3 km uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Nəticədə Abşeron rayonununda 10 mindən artıq insanın fasiləsiz su təchizatı təmin olunmuşdur. Bununla paralel olaraq rayonda sayğaclaşma işləri də davam etdirilmişdir. Cari ilin 9 ayında rayon üzrə 4776 əhali və qeyri-əhali qrupu abinəçisi sayğaclarla təmin olunmuşdur. Quraşdırılan  sayğacların 400-ə qədəri smart-kart tipli sayğaclardır. Ümumilikdə rayon üzrə sayğaclaşma səviyyəsi 51,5 faiz təşkil edir. Hazırda smart-kart sayğacların quraşdırılması davam etdirilir. “Abşeron Sukanal” İadrəsi 60560 abunəçiyə xidmət göstərir. Bunlardan 59566-sı əhali, 994-ü qeyri-əhali qrupu abunəçisidir.

         Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı  Dövlət Proqramı” çərçivəsində hazırda  Abşeron rayonunun Saray, Mehdiabad, Digah, Novxanı, Fatmayı, Məhəmmədi və Goradil qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üzrə layihələr həyata keçirilir.