logo

"Azərsu” ASC-nin mütəxəssisləri təcrübə kurslarını müvəffəqiyyətlə başa vurmuşlar


Yaradılıb: 01-11-2012 16:50

            

  “Azərsu" Açıq Səhmdar Cəmiyyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid istiqamətində işləri davam etdirir.  Beynəlxalq standartlara keçidlə əlaqədar bütün maddi və qeyri-maddi aktivlərinin yenidən qiymətləndirilməsi, bu sahədə informasiya texnologiyaları sisteminin tətbiqi, kadr hazırlığı işlərinin yerinə yetirilməsi sürətləndirilmişdir. 

  Beynəlxalq maliyyə standartların tətbiqi bu sahədə nəzəri və praktik təcrübəsi olan  yüksək ixtisaslı mütəxəssislərin hazırlığından əhəmiyyətli dərəcədə  asılıdır. Bu baxımdan “Azərsu” ASC mütəxəssislərinin təcrübələrinin artırılması diqqətdə saxlanılır və onların konfrans, seminar və treninqlərdə iştirakı təmin olunur.

 Cari ilin aprel ayından başlayaraq Beynəlxalq Mühasiblər Assosiasiyasının (IAB) və Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun  (ICFM) proqramları əsasında 3 aylıq kurslar təşkil olunmuşdur. Bu kurslarda mühasibat uçotu sahəsində çalışan mütəxəssislər  ilkin (baza) biliklərin tədrisindən başlayaraq, mərhələlərlə daha yüksək səviyyədə təcrübə əldə etmişlər. Cari ilin oktyabrında növbəti təlimlər başa çatmış, “Azərsu” ASC-nin əməkdaşları bu kursları müvəffəqiyyətlə başa vuraraq və diplomlarla təltif olunmuşlar. Ümumilikdə indiyədək Səhmdar Cəmiyyətin 30-a qədər əməkdaşı müvafiq kurslarda iştirak etmişdir.

 Qeyd edək ki, “Azərsu” ASC-də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidi çərçivəsində “Ernst &Young” şirkəti MHBS-na Keçid Planını hazırlayaraq Səhmdar Cəmiyyətə təqdim etmişdir. Keçid Planına uyğun olaraq Səhmdar Cəmiyyətin maliyyə strukturunda dəyişiklik edilmiş, normativ sənədlər hazırlanmış, mühasibat uçotu, insan resursları və konsolidasiya sistemlərinin avtomatlaşdırılması üçün 1C proqramının tətbiqinə başlanmışdır. Növbəti mərhələdə “American Appraisal” şirkəti tərəfindən beynəlxalq standartlara keçidlə əlaqədar cəmiyyətin maddi və qeyri-maddi aktivlərinin fiziki inventarizasiyası və yenidən qiymətləndirilməsi həyata keçiriləcək.