logo

Qurban Bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilmişdir


Yaradılıb: 24-10-2012 18:12

       

 Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qurban Bayramı münasibətilə Saatlı rayonunda müvəqqəti məskunlaşmış  qaçqın və məcburi köçkün ailələrinə   ərzaq yardımı edilmişdir.

  Un, yağ, şəkər tozu, qənd,  düyü və digər ərzaq məhsullarından ibarət yardım Saatlı rayonunun Nərimankənd və Əlisoltanlı kəndlərində məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 593 məcburi köçkün ailəsinə verilmişdir.

  “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin etmişlər.