logo

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul edilmişdir.


Yaradılıb: 10-10-2012 14:48

  Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul etmişdir. 08 oktyabr 2012-ci il tarixli 220 nömrəli qərar  "Azərsu"  ASC tərəfindən Azərbaycan Respublikası üzrə aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə qəbul edilib.

    “Azərsu” ASC-yə bu qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.