logo

Nəsimi və Səbail rayonlarının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 04-10-2012 16:43

   Bakı şəhəri Səbail rayonu Nizami küçəsində ötən əsrin 60-cı illərində çəkilmiş və uzun müddət istismarda olan 250 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 4-5 oktyabr tarixlərində paytaxtın Səbail və  Nəsimi rayonlarının bir hissəsinə - Nizami, Bül-bül, R. Rza, Mərdanov qardaşları, M. İbrahimov, S. Vurğun, Ə. Topçubaşov küçələrinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.