logo

Hacıqabul və Bakının Qaradağ rayonunda, həmçinin Səbail və Binəqədi rayonlarının bəzi yerlərində içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 04-10-2012 10:23

  Kür-Bakı magistral su kəmərlərində əsaslı təmir və yeni su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar oktyabrın 4-də saat 23:00-dan  Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq. Bununla əlaqədar  5-6 oktyabr tarixlərində Hacıqabul  və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və “20-ci sahə” yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə  içməli suyun verilməsində fasilələr yaranacaq.  

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.