logo

Bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri uğurla davam etdirilir


Yaradılıb: 03-10-2012 14:49

           

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı regionlarda da içməli su təchizatı layihələrinin icrasına  xüsusi diqqət yetirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. İlkin mərhələdə içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində tədbirlər görülür. 

  Bu istiqamətdə görülən işlər çərçivəsində 2012-ci ilin 9 ayında Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının kənd və qəsəbələrində əhalinin suya olan tələbatını ödəmək məqsədilə “Birləşmiş Sukanal” MMC-nin sifarişi əsasında 23 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilmişdir. “Birləşmiş Sukanal” MMC-nin xidmət göstərdiyi rayon mərkəzləri və kəndlərdə 140 km uzunluğunda magistral və paylayıcı su xətti, 2,3 km uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Bununla paralel olaraq yaşayış məntəqələrində ümumi tutumu 300 kubmetr olan su anbarları tikilmişdir. Görülən işlərin nəticəsi olaraq 32 mindən artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC ölkənin 54 rayonunda bu istiqamətdə tədbirləri davam etdirir.