logo

Binəqədi və Abşeron rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 01-10-2012 09:13

  Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında yenidənqurma işləri aparılır. Bununla əlaqədar olaraq oktyabrın 1-də gün ərzində Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinin, Abşeron rayonunun Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

     Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.