logo

Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 26-09-2012 09:18

  İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə  "+ 69 Şərq" su anbarında əsaslı yenidənqurma və genişləndirmə işləri aparılır. Bununla əlaqədar sentyabrın 26-27-də paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.