logo

Puta qəsəbəsinin su təchizatı yenidən qurulur


Yaradılıb: 07-09-2012 14:59

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri həyata keçirir.  “2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı”ı çərçivəsində abunəçilərin fasiləsiz və keyfiyyətli su ilə təchiz edilməsi məqsədilə ətraf  qəsəbələrində  işləri davam etdirilir.  Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi məqsədi ilə  yeni layihə həyata keçirilir. Layihəyə uyğun olaraq  müxtəlif diametrli   ümumi uzunluğu 1000 metrdən çox olan  polietilen borular vasitəsilə yeni  su xətləri çəkilir, siyirtmələr quraşdırılır.  Layihə başa çatdıqdan sonra qəsəbədə 563 abonent (528 əhali, 35-i qeyri-əhali olmaqla) fasiləsiz içməli su ilə  təmin olunacaq.

  Qeyd edək ki, layihənin icrasına avqust ayında  başlanılıb və sentyabrın sonlarına qədər  başa çatdırılması nəzərdə tutulmuşdur.

  Xatırladaq ki, ötən il Qaradağ rayonunun Lökbatan, Sahil və   Korgöz qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçirilmişdi.