logo

Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhddiyyətlər olacaq


Yaradılıb: 07-09-2012 14:04

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz etmək, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması işləri aparılır. Bununla əlaqədar sentyabr 7-də və 8-də “Xətai” metrosunun ətrafı  və  Qara şəhər adlanan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

 Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.