logo

Payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı uğurla icra olunur


Yaradılıb: 03-09-2012 16:01

 

                  

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Bura kanalizasiya kollektorlarının, yağış sularının axıdılması xətlərin və yağış barmaqlıqlarnın tikilməsi ilə yanaşı onların mütəmadi yuyulması daxildir. “Azərsu” ASC-nin təsdiq etdiyi proqrama uyğun olaraq  payız-qış mövsümünə hazırlıqla əlaqədar bu istiqamətdə işlər xeyli  sürətləndirilmişdir.

  Artıq Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar burada olan kollektorların, yağış  barmaqlıqlarının və baxıcı quyuların yuyulması başa çatdırılımışdır. Bundan başqa paytaxtın digər küçə və prospektlərində də payız-qış mövsümünə hazırlıqla əlaqədar anoloji işlər həyata keçirilir. Təkcə avqust ayı ərzində yağış sularının axıdılması üçün 17 km uzunluğunda kollektor, 980 ədəd yağış barmaqlığı və 415 ədəd baxıcı quyu  yuyulub təmizlənmişdir. Bu işlər intensiv yağıntılar zamanı yaranan suların normal axıdılmasına imkan verəcək və küçələrdə yağış sularının toplanmasının qarşısını alacaq.   

  Qeyd edək ki, son 6 ay ərzində Bakı şəhərində 204 km uzunluğunda kanalizasiya xətti, 58 km uzunluğunda yağış kollektoru, 11 min baxıcı quyu və 7 min yağış barmaqlığı yuyulmuşdur.

 Proqrama əsasən mövsümün sonuna kimi yuyulmağa ehtiyacı olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların təmizlənib başa çatdırılması nəzərdə tutulmuşdur.