logo

“Azərsu” ASC işçi qəbulu elan edir


Yaradılıb: 29-08-2012 14:44

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su kəməri təsərrüfatında nəzarətçi işləmək istəyən ali təhsilli şəxsləri işə dəvət edir.  İş üçün müraciət etmək istəyənlərin yaşı 35-dən çox olmamalı, insanlarla ünsiyyət qura bilmək  bacarığına malik olmalıdırlar.

  Qeyd edək ki, su  kəməri təsərrüfatında nəzarətçinin işi sayğac göstəriciləri çıxarmaq, bildirişləri paylamaq, müqavilələrin bağlanmasını təmin etmək  və  inventarizasiya aparmaqdan  ibarətdir.

  Maraqlanan şəxslər CV- lərini mövzu bölümünə NƏZARƏTÇİ yazmaqla  hr@azersu.az  elektron ünvana göndərə bilərlər.