logo

Salyan rayonunun Xıdırlı kəndinin su təchizatı yenidən qurulur


Yaradılıb: 28-08-2012 14:49

   “Azərsu” ASC Bakı şəhəri ilə yanaşı regionlarda da su təchizatı layihələrinin icrasına  xüsusi diqqət yetirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu layihələrdən biri də Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatının  yenidən qurulmasından ibarətdir.  Layihəyə uyğun olaraq,  kəndə su Kür-Bakı kəmərindən veriləcək və bu məqsədlə  hazırda  diametri 200 mm,  uzunluğu 15,7 km olan  polietilen borulardan yeni magistral su xətti çəkilmişdir. Bundan başqa yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək  əvəzində yenisinin tikilməsi,  mövcud 2 ədəd həcmi 300  kubmetr olan su anbarlarının təmiri,  kənddaxili su xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.

   Qeyd edək ki, 3 180 nəfər  əhalisi olan Xıdırlı kəndinin yalnız  30 faizi-  193 abonent ( 1060 nəfər)  mərkəzləşdirilmiş içməli su ilə təmin olunur.  Layihə yekunlaşdıqdan sonra isə bütün kənd içməli su ilə təchiz ediləcək.