logo

Neftçilər prospektində yeni çəkilmiş magistral su xətləri şəbəkəyə qoşulacaq


Yaradılıb: 22-08-2012 14:18

  

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsi istiqamətində işləri yekunlaşdırmışdır.   Prospektin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadə də olan 1960 metr metal borulardan ibarət su xətləri yeniləri ilə əvəz olunmuşdur. Bundan başqa Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində uzunluğu 1286 metr olan yeni magistral su xətti çəkilişi başa çatmışdır. Hazırda çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar  avqustun 23 və 24-də Bakı şəhəri Səbail rayonun Bayıl qəsəbəsi, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, İstiqlaliyyət  və Niyazi küçələrinə içməli suyun verilməsində fasilələr olacaq.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.