logo

Azərsu” ASC-nin əməkdaşı Yaponiyada keçirilən beynəlxalq seminarda iştirak etmişdir


Yaradılıb: 09-08-2012 13:31

           

   24-27 iyul tarixlərində Yaponiyanın Kobe şəhərində Beynəlxalq Standartlaşma Təşkilatı “Su sektorunda Qlobal Çağırışlar - İSO standartları necə kömək edə bilər” mövzusunda seminar keçirmişdir. Tədbirdə sutəmizləmə prosesləri, tullantı və yağış sularının idarə olunması mövzularında məruzələr dinlənilmişdir. Seminar çərçivəsində keçirilmiş dəyirmi masalarda şəhər yerlərində tullantı sularının təmizləndikdən sonra istifadəsində müasir metodların tətbiqi barədə məlumatlar verilmiş, su itkilərinə qarşı mübarizə, tullantı sularında əmələ gələn lilin səmərəli istifadəsi mövzularında müzakirələr aparılmışdır. Bununla yanaşı çirkab suların təmizləndikdən sonra irriqasiya məqsədləri üçün istifadə olunması, eləcə də biokütlənin idarə olunması sahəsində tətbiq edilən yeni texnologiyalar barədə ətraflı məlumat verilmişdir.

  Seminarda iştirakçılar tərəfindən səmərələşdirici təkliflər irəli sürülmüş, “Su sektorunda Qlobal Çağırışlar” üzrə yeni prioritetlər müəyyən edilmişdir. 30 ölkənin nümayəndələrinin qatıldığı tədbirdə “Azərsu” ASC-nin Elm və texnika şöbəsinin rəis müavini Elçin Camalov iştirak etmişdir.