logo

Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində fasilə olacaq


Yaradılıb: 31-07-2012 10:03

          

  "Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində uzun müddət istismarda olan polad borulardan ibarət su kəməri 700 mm diametrli polietilen borularla çəkilmiş 750 metrlik magistral su xətti ilə dəyişdirilmişdir.   

 Yeni çəkilmiş su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar 31 iyul və 1 avqust tarixlərində paytaxtın Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.