Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsinə başlamışdır.
Prospektin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində isə yeni magistral su xətti çəkilir. 1286 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla çəkilən su xətti bu ərazidə yeni tikilmiş yaşayış binalarının içməli su təminatını yaxşılaşdıracaq.
Təmir-tikinti işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Yeni xətlərin istismara verilməsi ilə bu ərazidə içməli su təchizatı və kanalizasiya sistemlərinin işi yaxşılaşacaq.