logo

Xızı şəhərinin və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə tender elan edilmişdir


Yaradılıb: 28-06-2012 15:05

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya  şəbəkələrinin yenidən qurulması üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin  iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Xızı şəhəri və Altıağac qəsəbəsinin  su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

  Layihəyə əsasən, Xızı şəhəri və Altıağac qəsəbəsini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün yüksəksıxlıqlı polietilen borularla 39,5 kilometr uzunluğunda paylayıcı şəbəkə çəkiləcək, 6 ədəd su anbarı və 3 xlorator  qurğusu tikiləcək. Yaşayış məntəqələrinin kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə yüksəksıxlıqlı polietilen borularla 22,5 kilometr kanalizasiya  şəbəkəsi  və 3,6 kilometr uzunluğunda magistral kollektor çəkiləcək.

  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini  10 avqust 2012-ci il tarixədək “Azərsu” ASC-yə təqdim edə bilərlər.