logo

Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 22-06-2012 10:02

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri + 110 Şərq su anbarından Bakıxanov qəsəbəsinə çəkilmiş 4 kilometr uzunluğunda 800 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar iyun ayının 22-23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bəzi yerlərinə - Sülh, M.Gəncəvi, Mehmandarov, N.İsmayılov, S.Qocayev, E.Xəlilov, S.Vurğun, M.Fətəliyev küçələrinə içməli suyun verilməsində fasilələr yaranacaq.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.